16:08 - 23.06.2021
23 iyun, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, bu il Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 5% artacaq.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, gələn ili üçün proqnoz daha nikbindir və artım 9,1% səviyyəsində gözlənilir. Xatırladaq ki, 2020-ci ildə ölkədə özəl sektora qoyulan kreditlər həcmi 3% azalmışdı.
Qeyd edək ki, son statistik məlumatlara görə, 2021-ci ilin mayın 1-nə Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 13,2 mlrd. manat təşkil edib. Bu, 2020-ci ildəki ÜDM-nin 18,2%-ni təşkil edib. Asiya İnkişaf Bankının təhlilinə görə, bu, aşağı göstərici sayılır.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026