14:54 - 18.06.2021
18 iyun, Fineko/abc.az. Bu ilin I rübündə Gürcüstanda istehsal olunmuş nominal ümumi daxili məhsulun (ÜDM) dəyəri 11,276 milyard lari təşkil edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, İllik müqayisədə ÜDM-in real artım tempi 4,5 % azalıb, ÜDM deflyatoru isə 6,8% artıb.
Hesabat dövründə qonşu ölkədə real artım maliyyə və sığorta (24%), mədən sənayesi (50,3%), sağlamlıq və sosial fəaliyyət (13,3%), topdan və pərakəndə satış (3,9%), informasiya və kommunikasiya (16,8%) sahələrində qeydə alınıb.
Qonaqlama və qidalanma xidmətləri (-54%), tikinti (-19,4%), incəsənət, əyləncə və rekreasiya (-25,4%), daşınmaz əmlak xidmətləri (-6,4%), nəqliyyat və anbar təsərrüfatı (-9%) sektorlarında isə azalma müşahidə edilib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026