15:12 - 14.06.2021
14 iyun, Fineko/abc.az. Səudiyyə Ərəbistanının Ümumi Statistika İdarəsi cari ilin 1-ci rübünə dair göstəriciləri açıqlayıb.
ABC.AZ-ın məlunatına görə, Krallığın ümümdaxili məhsulu 2020-ci ilin analoji dövrü ilə ilə müqayisədə 3% azalıb.
Rəqəm ifadəsində 2021-ci ilin birinci rübündə ÜDM cari qiymətlərlə 188,3 milyard dollar, sabit qiymətlərlə 169,2 milyard dollar təşkil edib.
Neqativ göstərici əsasən neft sektorundakı 11,7%-lik geriləmə ilə bağlıdır.
Qeyri-neft sektorunda isə əksinə, 2,9%-lik artım qeydə alınıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026