11:44 - 11.06.2021
11 iyun, Fineko/abc.az. “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” ASC 2020-ci ili 407 min manat zərərlə başa vurub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, halbuki, zavod 2019-cu ildən 87 min manat mənfəətlə çıxmışdı.
Ötən il səhmdar cəmiyyəti 738 min manat gəlir əldə edib.
Bu isə əvvəlki illə müqayisədə 2,1 dəfə azdır. Hesabat dövründə qurumun xərcləri isə 21 % azalaraq 1,145 milyon manata düşüb.
Bu il yanvarın 1-nə “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu”nun aktivləri 18 milyon 498 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,2 % azdır.
O cümlədən zavodun öhdəlikləri 0,7 % azalaraq 5 milyon 776 min manata düşüb, balans kapitalı isə dəyişməyərək 12 milyon 723 min manat olub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026