Bu BOKT böyük zərər edib – Hesabat

10:18 - 11.06.2021


11 iyun, Fineko/abc.az. “Union Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 230 min manat zərərlə başa vurub.

ABC.AZ Report-a istinadən bu BOKT-un maliyyə hesabatında öz əksini tapıb.

Müqayisə üçü qeyd edək ki, bu, 2019-cu ilə nisbətən 3 dəfə çoxdur.

Bu il yanvarın 1-nə “Union Kredit”in aktivləri 211 min manat olub ki, bu da illik müqayisədə 43,3% azdır.

Bunun 103 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un krredit portfeli 32,7% kiçilib.

Hesabat dövründə “Union Kredit”in öhdəlikləri 50,4% artaraq 209 min manata çatıb, balans kapitalı isə 99,4% azalaraq 1 min manata düşüb.