Məşhur şirkət nizamnamə kapitalını azaldıb

15:43 - 10.06.2021


10 iyun, Fineko/abc.az. "Improtex Group" MMC-yə daxil olan "Improtex Motors" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Bununla belə, kommersiya qurumu 6 200 manat olan kapitalındakı azalmanın nə qədər olacağını açıqlamayıb.