11:51 - 9.06.2021
9 iyun, Fineko/abc.az. Dünya Bankı 2021-ci il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu yanvar ayı ilə müqayisədə 0,9 faiz bəndi yüksəldərək 2,8 %-ə çatdırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabtının iyun sayında bildirilir.
Sənədə əsasən, 2022-2023-cü illərdə isə Azərbaycanda iqtisadi bərpa müvafiq olaraq 3,9% və 3,4% səviyyələrində olacaq.
"Azərbaycanda iqtisadi artım əsasən neft qiymətlərinin sabitləşməsi ilə yanaşı investisiya və yenidənqurma xərcləri ilə dəstəklənəcək.
Bundan başqa, ötən ilin noyabr ayında Ermənistan və Azərbaycan arasında imzalanan atəşkəs razılaşması, sabitlik üçün risklərin yüksək olmasına baxmayaraq, bölgədəki geosiyasi gərginliyi azaldıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026