10:56 - 9.06.2021
9 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsinin 2020-ci ildə gəlirləri kəskin azalaraq 15,109 milyon manat olub.
Hesabat dövründə azalan təkcə gəlirlər olmayıb, qurumun xərcləri də kiçilib.
Belə ki, sözügedən dövrdə qurumun xərcləri 12,67 milyon manat olub. Bu da illik müqayisədə 8,01% azdır.
O cümlədən il ərzində Komitənin əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları 59,25% artaraq 8,357 milyon manat, sərf etdiyi materialların dəyəri 4,76 dəfə azalaraq 603 min manat, amortizasiya xərcləri 3,2% artaraq 1,159 milyon manat, sair əməliyyat xərcləri isə 43,68% azalaraq 2,551 milyon manat təşkil edib.
18 Avqust 2026