Azərbaycanda türk şirkətləri artmaqdadır – Nazir

15:50 - 8.06.2021


8 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətə başlayan Türkiyə səfiri Cahit Bağcı ilə görüşdə deyib.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.

Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir.

Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə əlavə stimul verəcəkdir.

Bildirilib ki, Azərbaycan və Türkiyə arasında nəqliyyat-tranzit, enerji, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, turizm, humanitar və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi potensialı böyükdür.