14:16 - 8.06.2021
8 iyun, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2020-ci ildə 190 milyon 752 min manat gəlir əldə edib.
ABC.AZ xəbər verir ki, qurumun maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 57% çoxdur.
Ötənilki gəlirlərin 190 milyon 706 min manatı qeyri-birja gəlirləri (əvvəlki ilə nisbətən 57% çox), 46 min manatını isə sair əməliyyat gəlirləri (4,6 dəfə çox) təşkil edib.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin xərcləri isə 44 milyon 161 min manat olub ki, bu da illik müqayisədə 27,5% çoxdur.
O cümlədən il ərzində qurumun əmək haqqı və işçilərlə bağlı digər xərcləri 38,9% artaraq 25 milyon 242 min manat, sərf etdiyi materialların dəyəri 9,4% azalaraq 997 min manat, amortizasiya xərcləri 5,9% azalaraq 1 milyon 604 min manat, sair əməliyyat xərcləri 23,1% artaraq 16 milyon 318 min manat, əmlakın ləğv edilməsi və əvəzsiz verilməsi üzrə xərcləri isə 2 dəfə artaraq 1 milyon 503 min manat təşkil edib.
21 Avqust 2026
19 Avqust 2026