15:08 - 4.06.2021
4 iyun, Fineko/abc.az. "Embafinans" Bank Olmayan Kredit Təşkilatı (BOKT “Embafinans” QSC) 1,5 milyon manatlıq istiqraz buraxır.
ABC.AZ xəbər verir ki, bu emissiya hər birinin nominal dəyəri 1000 manat olan 1 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlardan ibarətdir.
İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi illik 10.5%-dir. İstiqrazların ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 təqvim ilidir. İstiqrazlarüzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 1 təqvim ayından bir ödəniləcəkdir.
İstiqraz sahiblərinə istiqrazlar üzrə əsas məbləğin ödənişi tədavül müddətinin sonunda – ilk istiqrazın yerləşdirildiyi tarixdən 1 (bir) təqvim ili sonra həyata keçiriləcəkdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026