Rusiya Mərkəzi Bankı faizləri artıracaq

12:33 - 4.06.2021


4 iyun, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı faizləri 0,25 və ya 0,5 bənd artırmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, bunu Bankın sədr müavini Kseniya Yudayeva açıqlayıb.

O qeyd edib ki, 11 iyunda təşkil ediləcək yığıncaqda faiz 0,25 və ya 0,5 faiz bənd artırılacaq.

Yudayeva bütün faktorları diqqətli bir şəkildə qiymətləndirdiklərini bildirib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı 26 Apreldə faiz dərəcəsini 4,5%-dən 5%-ə yüksəltmişdi.