“Kayton” QSC bir sıra göstəricilər üzrə geriləyib - Siyahı

10:29 - 4.06.2021


4 iyun, Fineko/abc.az. “Kayton” QSC 2019-cu ili 595 min manat xalis zərər ilə bağlayıb.

ABC.AZ şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu 2018-ci illə müqayisədə xeyli geriləmə deməkdir. Belə ki, şirkət 2018-ci ili 5 milyon 14 min manat xalis mənfəətlə bağlamışdı.

2018-ci ildə 15 milyon 378 min manat təşkil etmiş gəlirlər 2019-cu ildə 26 dəfə azalaraq 591 min manata düşüb.

Azalan təkcə bunlar olmayıb, həmçinin 2019-cu ildə “Kayton” QSC-nin cəmi aktivləri 28% azalaraq 5 milyon 476 min manata geriləyib.

Müəllif: Elmir Murad