10:08 - 4.06.2021
4 iyun, Fineko/abc.az. “Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 13 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə təxminən 27 dəfə azdır.
Ötən il “Finoko”nun vergiyəqədərki mənfəəti 107 min manat (əvvəlki ilə nisbətən 5,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 94 min manat (2,85 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 24 milyon 877 min manat olub ki, bu da illik müqayisədə 14,6% azdır.
Bunun 18 milyon 561 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.
2020-ci ildə BOKT-un kredit portfeli 2,6% kiçilib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026