17:27 - 3.06.2021
3 iyun, Fineko/abc.az. “Azfinance İnvestisiya Şirkəti” QSC-nin yeganə səhmdarı, Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkəti maliyyə qurumunu satıb.
ABC.AZ-ın Report-a istinadən məlumatına görə, alıcı Abid Məmmədovdur.
O, “Azfinance”ın Müşahidə Şurasının sədridir, 2019-cu ilin noyabr ayına qədər isə investisiya şirkətinin direktoru olub.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026