“Xalq Kapital İnvestisiya Şirkəti”nin mənfəəti 15 faizə yaxın azalıb – Hesabat

16:04 - 3.06.2021


3 iyun, Fineko/abc.az. “Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2020-ci ili 58 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu qurumun maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, bu, 2019-cu illə müqayisədə 14,7% azdır. Ötən il “Xalq Kapital"ın vergiyə qədərki mənfəəti 74 min manat (14% az), mənfəət vergisi ödəmələri isə 15 min manat (16,7% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Kapital"ın aktivləri 688 min manat olub ki, bu da illik müqayisədə 12,4% çoxdur. Hesabat dövründə investisiya şrkətinin öhdəlikləri 4,4 dəfə artaraq 22 min manata, balans kapitalı isə 9,5% artaraq 666 min manata çatıb.