AMB valyuta hərracında banklara $44,8 mln. satıb

12:40 - 3.06.2021


3 iyun,  Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında iyunun 3-də banklara $44,8 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $44,8 mln.təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.