"Optimal Finance" zərərdə - İki ildir ziyanla işləyir

11:31 - 3.06.2021


3 iyun, Fineko/abc.az. "Optimal Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili cəmi 48 manat xalis zərərlə başa vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, ötən il "Optimal Finance"ın vergiyəqədərki zərəri 60 manat, mənfəət vergisi ödəmələri isə 12 manat təşkil edib.

Bu il yanvarın 1-nə "Optimal Finance"ın aktivləri 301 min manat olub. BOKT-un kredit portfeli olmayıb.