Hindistandan Rusiyaya Azərbaycan vasitəsi ilə qatar keçəcək

11:16 - 3.06.2021


3 iyun, Fineko/abc.az. Bu ilin iyun ayında "Rusiya Dəmir Yolları"nın (RDY) törəmə şirkəti olan "RDY Logistika" Hindistandan Rusiyaya müntəzəm yük (konteyner) qatarını yola salmağı planlaşdırır ki, onun marşrutu digər ölkələrlə yanaşı, Azərbaycandan da keçəcək.

ABC.AZ xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "RDY Logistika"nın baş direktoru Dmitri Murev deyib.

Onun sözlərinə görə, indiyədək qatarlar yalnız Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi boyunca sınaq rejimində hərəkət edirdi.

"Biz daha bir qatarı buraxmağı planlaşdırırıq, sınaq deyil, müntəzəm rejimdə. Dəmiryol xəttinin (İranda) olmaması daşımaların təşkilində bizə mane olmur. Bəli, orada avtomobil yolları var, amma bu, hər halda multimodal xidmətdir", - D. Murev qeyd edib.