Əhalinin banklardan aldığı rubl kəskin azalıb - Hesabat

10:42 - 3.06.2021


3 iyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi banklardan 672,784 mln. rusiya rublu alıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,3% azdır.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə aprel ayında isə əhali 187,534 mln. rubl alıb ki, bu da mart ayı ilə müqayisədə 2,7% çoxdur.

Bundan əlavə, cari ilin yanvar-aprel aylarında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 4,582 mlrd. rubl təşkil edib, bu da illik ifadədə 15,2% çoxdur.

Təkcə apreldə əhali banklara 1,265 mlrd. rubl satıb ki, aylıq müsbət dinamika 2,5% təşkil edib.