Daha bir lizinq şirkəti yaradılır - Qeydiyyata alınıb

11:30 - 2.06.2021


2 iyun, Fineko/abc.az. Azərbaycanda yeni lizinq şirkəti yaradılır.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “International Leasing” QSC-ni dövlət qeydiyyatına alıb.

Yeni lizinq şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 160, mənzil 5/1, nizamnamə kapitalı 2 000 manat, qanuni təmsilçisi isə Rəşad Mehralı oğlu Qarayevdir.