AMB valyuta hərracında $63,4 mln. satıb

12:36 - 1.06.2021


1 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında iyunun 1-də banklara $63,4 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $63,4 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.