17:18 - 26.05.2021
26 may, Fineko/abc.az. İqtisadiyyat Naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Prezidenti Bəndər Həccar ilə görüşüb.
ABC.AZ xəbər verir ki, bunu nazir "Twitter" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib: "B.Həccar və həmkarları ilə görüşümüzdə tərəfdaşlığın, özəl sektora dəstəyin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi apardıq".
18 Avqust 2026