Dəmir və alüminiumun ucuzlaşdı - Çin hökumətinin reaksiyasından sonra

14:16 - 24.05.2021


24 may, Fineko/abc.az. Dünyada ən iri dəmir filizi istehsalçılarından olan Çin dəmir qiymətlərində kəskin artım və inflyasiyaya ciddi təsir riski qarşısında hərəkətə keçib.

ABC.AZ xəbər verir ki, Çin hökuməti inhisarçıların həddən artıq spekulyasiya və xammalı anbarlarda gizlətməklə qiymətləri süni qaldırmaq cəhdlərinə qarşı ciddi mübarizə aparacağını bildirib.

Birjalar bu açıqlamaya dərhal reaksiya verib.

Çində sənayenin ən vacib materiallarından olan dəmir filizi Dalian indeksində 7% ucuzlaşaraq, bir tona görə 163 dollar təşkil edib.

Alüminiumun isə Şanxay birjasında 3% ucuzlaşıb.