14:36 - 21.05.2021
21 may, Fineko/abc.az. Dünya Bankının Direktorlar Şurasının Azərbaycanın yol layihəsinə 65 milyon ABŞ dolları dəyərində krediti təsdiqləyib.
ABC.AZ xəbər verir ki, kredit “Regional bağlantılarının inkişafı” adlanan yeni yol layihəsinə ayrılıb.
Ümumi dəyəri 95,88 milyon ABŞ dolları olan layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.
Layihə dörd komponentdən ibarətdir. “Nəqliyyat hərəkəti” adlı birinci komponentin dəyəri 59,24 milyon ABŞ dollarıdır, əsas alt komponent (55,63 milyon ABŞ dolları) adıçəkilən yolun 31,9-103,3 kilometrləri arasında bəzi hissələrinin ikinci dərəcə səviyyəsində bərpasını nəzərdə tutur.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
29 İyul 2026