12:06 - 21.05.2021
21 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel aylarında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,153 milyard avro təşkil edib.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bununla bağlı AYİB-dən bildirilib.
Bankdan qeyd olunub ki, kredit portfeli 35 proqramın reallaşdırılması üçün nəzərdə tutulub.
Kredit portfelinin 78 faizi və ya 899 milyon avro dayanıqlı infrastruktura investisiyalara, 20 faizi və ya 234 milyon avro sənaye, ticarət və aqrar sektora investisiyalara, 2 faizi və ya 20 milyon avro maliyyə təşkilatlarına investisiyalara yönəlib.
Qeyd edək ki, ötən il AYİB Azərbaycanda 6 layihənin reallaşdırılması üçün 17 milyon avro kredit ayırıb, son dörd ildə bu göstərici 34 layihə üzrə 857 milyon avro təşkil edib.
Ümumilikdə, 1992-ci ildən bu günədək AYİB Azərbaycanda 175 layihə üzrə 3,2 milyard avroya yaxın investisiya qoyub.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026