11:43 - 21.05.2021
21 may, Fineko/abc.az. "Moody's Investors Service" ("Moody's") şirkəti Azərbaycanın maliyyə dayanıqlığı reytinqini "a2" səviyyəsindən "a1" səviyyəsinə yüksəldib.
ABC.AZ xəbər verir ki, ölkənin maliyyə dayanıqlığı reytinqinin hazırkı səviyyədə olması, Azərbaycanın güclü xalis kreditor mövqeyi və xarici valyutada olan borcun yüksək payına baxmayaraq, ölkənin suveren fondlarının həcminin bütün birbaşa dövlət borclarını və zəmanətlərini əhatə etməsi faktı ilə dəstəklənir.
Qeyd edək ki, "Moody's" son 10 ildə ilk dəfədir Azərbaycanın reytinqi üzrə proqnozunu "müsbət" səviyyədə təsdiqləyib.
18 Avqust 2026