Maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu artıb

16:12 - 20.05.2021


20 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel aylarında maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu 9,8 mln. manat təşkil edib.

Məlumata görə, ölkə iqtisadiyyatına investisiyaların ümumi həcminin 0,3%-i bu sahənin payına düşüb.