Neft-qaz sektoruna yatırılmış investisiyalar azalıb

15:55 - 20.05.2021


20 may, Fineko/abc.az. Yanvar-aprel aylarında neft-qaz sektoruna 1 milyard 821,1 milyon manat yönəldilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ötən ilin eyni ayları ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 0,7% azalıb.

Belə ki, 4 ayda neft-qaz sektorunda 9 milyard 246,9 milyon manatlıq məhsul istehsal olunub.

Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 6,9% azalıb.

Müəllif: Elmir Murad