Ötən dörd ayda istehsalı azalan və artan kimya məhsulları – Siyahı

15:27 - 20.05.2021


20 may, Fineko/abc.az. Yanvar-aprel aylarında kimya sənayesində məhsul buraxılışı azalıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, 4 ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 479,3 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 6 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 24 faiz artıb, kimya sənayesində isə 13,4 faiz azalıb.

Əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 96,7 faiz, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 9,1 dəfə artıb.