10:42 - 20.05.2021
20 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-aprel aylarında Azərbaycanda 25078,6 milyon manatlıq ÜDM istehsalı olunduğunu açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə ÜDM istehsalının 41,1 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi tikinti, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.
Sözügedən dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 2506,2 manata bərabər olub.
21 Avqust 2026
21 Avqust 2026