Dörd ayda ÜDM cüzi azalıb – Komitə hesabat yaydı

10:29 - 20.05.2021


20 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 25078,6 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.

Müqayisə üçün qeyd edək ki, bu əvvəlki ilin eyni dövrünə nisbətdə 0,2 faiz az deməkdir.

Komitədən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,1 faiz artıb.

Müəllif: Elmir Murad