Dörd ayda kimya sənayesində məhsul istehsalı azalıb - 13 faizdən çox

17:25 - 19.05.2021


19 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycanda 45,2 min ton propilen istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə 52,4 min ton polietilen, 52,7 min ton etilen, 0,1 min ton metanol istehsal olunub. 4 ayda kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 13,4 faiz azalıb.

Mayın 1-nə 2,2 min ton propilen, 5,8 min ton polietilen və 1,2 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.