Naxçıvanın ÜDM-nin tərkibində ilk yeri sənaye sahəsi tutur

11:06 - 17.05.2021


17 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasının bu ilin yanvar-aprel aylarında iqtisadiyyatı cüzi böyüyüb.

ABC.AZ Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.

Belə ki, cari ilin yanvar-aprel aylarında sənaye üzrə 344 milyon 811,5 min manat dəyərində məhsul istehsal edilib.

Bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 1,1% üstələmə deməkdir.