11:09 - 16.05.2021
16 may, Fineko/abc.az. "Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin "BB+" səviyyəsində təsdiq edib.
ABC.AZ-ın məlumatına görə, agentlik reytinq üzrə proqnozunu isə "mənfi"dən "stabil"ə yüksəldib.
Ölkənin xarici və yerli valyutada emitentin qısamüddətli defolt reytinqi "B" səviyyəsində təsdiq olunub. Reytinqin gücü COVID-19 pandemiyası fonunda özünü qoruyub və hazırda neftin qiyməti üzrə "Fitch"in yeni yüksək proqnozu tərəfindən dəstəklənir.
Yeni COVID-19 dalğası və ya Dağlıq Qarabağdakı hərbi münaqişənin yenilənməsinin suveren maliyyə buferlərinə mənfi təsir etməsi riski noyabrdan bəri azalıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026