10:07 - 14.03.2018
14 mart, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.
BFB-in məlumatında deyilir ki, hərrac martın 14-də keçiriləcək.
“Hər birinin nominal dəyəri 100 manat olmaqla, ümumilikdə 200 milyon manatlıq notlar təqdim ediləcək. Notların tədavül müddəti 28 gün təşkil edəcək”, - məlumatda belə deyilir.