17:34 - 4.05.2021
4 may, Fineko/abc.az. "B.Sərdarov adına Maşınqayırma Zavodu" TASC 2020-ci ili 407 min manat xalis zərərlə başa vurub.
ABC.AZ-ın məlumatına görə, müəssisə 2019-cu ili 87 min 300 manat xalis mənfəətlə bağlamışdı.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə zavodun gəlirləri 1 milyon 534 min təşkil etdiyi halda, 2020-ci ildə təxminən 2 dəfə azalaraq 735 min manata düşüb.
Gəlirlərin kəskin azalması "B.Sərdarov adına Maşınqayırma Zavodu"nun zərərə düşməsinə səbəb olub.
18 Avqust 2026