Uçot dərəcəsi stabil qaldı - Elman Rüstəmov yeni qərarı elan etdi

12:20 - 30.04.2021


30 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizi parametrlərini elan etməliydi.

ABC.AZ-ın məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov  bununla bağlı mətbuat konfransı keçirərək faiz dəhlizi parametrlərinin dəyişməz saxlanıldığını qeyd edib. Belə ki, uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində qalıb.  

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 29 Yanvar 2021-ci il tarixində və 19 mart 2021-ci il tarixində keçirilmiş yığıncaqlarında da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi.

Beləliklə, ardıcıl 3 yığıncaqdır faizlər dəyişməz saxlanılır.