11:56 - 30.04.2021
30 aprel, Fineko/abc.az. Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 2021-ci ilin yanvar-mart ayları ərzində 48 milyon 368 min manat kredit verilib.
ABC.AZ-ın məlumatına görə, bunun da 8 milyon 830 min manatını qısamüddətli, 39 milyon 538 min manatını isə uzunmüddətli kreditlər təşkil edib.
Verilmiş kreditlərin 4 milyon 700 min manatı sənaye, 4 milyon 157 min manatı kənd təsərrüfatı, 1 milyon 78 min manatı kommersiya, 1 milyon 165 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 30 min manatı səhiyyə və sosial xidmət sahəsinə, 37 milyon 238 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib.
Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026