10:34 - 28.04.2021
28 aprel, Fineko/abc.az. Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycan iqtisadiyyatı 1,9% böyüyəcək.
ABC.AZ xəbər verir ki, bu barədə AİB-in yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, ölkə daxilində və xaricdə tələbatın yüksəlməsi ilə artımın 2021-ci ildə bərpa olunaraq 1,9% təşkil etməsi və 2022-ci ildə sürətlənməsi proqnozlaşdırılır.
İstehlakçı əminliyinin bərpa olunması və neft gəlirlərinin dövlət investisiyaları üçün əlçatar olması ilə, neft sektorunda artımın iqtisadiyyatın qalan hissəsinin inkişafından geridə qalması proqnozlaşdırılır.
Müəllif: Elmir Murad