15:37 - 22.04.2021
22 aprel, Fineko/abc.az. “İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 416 min manat xalis mənfəəətlə başa vurub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 47,5% çoxdur.
Ötən il “İdeal Kredit”in vergiyəqədərki mənfəəti 520 min manat (illik müqayisədə 47,7% çox), mənfəət vergisi ödəmələri isə 104 min manat (48,6% çox) təşkil edib. Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 4,646 milyon manat olub ki, bu da illik müqayisədə 1,2% çoxdur. Bunun 3,709 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 9,6% kiçilib.
Hesabat dövründə “İdeal Kredit”in öhdəlikləri 11,3% azalaraq 2,86 milyon manata düşüb, balans kapitalı isə 30,4% artaraq 1,785 milyon manata çatıb.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026