15:17 - 21.04.2021
21 aprel, Fineko/abc.az. Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor Corporation” yeni strategiyasını elan edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, Şirkət elektrikli avtomobillərin istehsalı ilə məşğul olacaq və 2025-ci ilədək 15 elektromobil modeli buraxacaq.
“The Verge” nəşri xəbər verir ki, ilk elektrikli avtomobil 2021-ci ilin sonuna kimi təqdim edilə bilər. Ümumilikdə isə “Toyota” 2025-ci ilədək hibrid modellər və yanacaq özəkləri olan elektromobillər daxil olmaqla 70 yeni avtomobil buraxacaq.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026