12:27 - 12.03.2018
12 mart, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracını keçirib.
AMB-dan verilən məlumata görə, hərracda 200 milyon manat cəlb edilmişdir.
“Beləliklə, hərraca 1 131,7 milyon manat təklif edilmişdir. Depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - məlumatda belə deyilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilmişdir.