Naxçıvanın iqtisadiyyatı artıb ya azalıb? – Hesabat

14:34 - 12.04.2021


12 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 557 milyon 426,3 min manat təşkil edib.

ABC.AZ Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2020-ci ilin eyni dövrünə nisbətən 0,6% artım deməkdir.

Bu ilin ilk rübündə Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,3% artaraq 1207,1 manat təşkil edib.

Muxtar Respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin yanvar-mart aylarında sənaye üzrə 257 milyon 37,8 min manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricisini 1% üstələyir.