11:53 - 8.04.2021
8 aprel, Fineko/abc.az. Bu ilin I rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2 085,73 milyon manat təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbədəki hesabında paylaşıb.
Nazir bildirib ki, bununla da proqnoza 121,1% əməl edilib.
"Birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub ki, bunun da 211,1 mlilyon manatı qeyri-neft-qaz sektorunun payına düşür"- deyə nazir əlavə edib.
Müəllif: Elmir Murad