11:17 - 5.04.2021
5 aprel, Fineko/abc.az. Dünya Bankı tərəfindən 2010-cu ilin may ayında təsdiqlənən "Üçüncü magistral yol layihəsi" başa çatıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, sözügedən layihənin məqsədi Bakı-Şamaxı magistral yolunu daha sürətli və təhlükəsiz etmək, daha yüksək keyfiyyətli yol xidmətlərinin göstərilməsinə töhfə vermək və yeni yaranan avtomobil yolu şəbəkəsinin idarəetməsini yaxşılaşdırmaq idi. Bank Azərbaycana 2010-cu ilin mayında 241,6 mln. dollarlıq krediti təsdiq etmişdi ki, layihənin bağlandığı tarixə (31 mart 2021-ci il) məbləğin 97,4%-i (235,29 mln. dollar) ölkə tərəfindən mənimsənib.
Qeyd edək ki, Dünya Bankı bu layihə ilə bağlı 2016-cı ilin mart ayında əlavə olaraq 140 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026