16:23 - 2.04.2021
2 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “GM Lizinq” MMC-nin dövlət qeydiyyatına alıb.
ABC.AZ xəbər verir ki, yeni lizinq şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, mənzil 191, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Elxan Rahid oğlu Həşimovdur.
O, “Finans Lizinq” ASC-nin Müşahidə Şurasının və İdarə Heyətinin keçmiş sədridir.
18 Avqust 2026