14:32 - 1.04.2021
1 aprel, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Avrora" şirkətinə 25 milyon avro məbləğində kredit ayıracaq.
ABC.AZ xəbər verir ki, kreditin təyinatı yeni istehsal xətlərinin və avadanlıqların satın alınmasıdır.
Kredit iki bərabər tranşda olmaqla Azərbaycan manatı ilə veriləcək.
İlk tranş yeni makaron istehsalı xəttinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. İkinci tranş isə biskvit, tort və heyvan yemlərinin istehsalı üçün avadanlıqların satın alınması məqsədilə istifadə olunacaq.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026