11:05 - 31.03.2021
31 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dünya Bankı Azərbaycanla bağlı hesabat yayıb.
ABC.AZ-ın məlumatına görə, Dünya Bankı hesabatda Azərbaycanla bağlı müsbət nüansların olduğu proqnozlar verib. Yeni proqnoza görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8% artacaq.
Bank 2022-ci ildə iqtisadi artımın 3,9% olacağını proqnozlaşdırır.
Qeyd edək ki, ötən yanvar proqnozu ilə müqayisədə Dünya Bankı 2021-ci il üçün Azərbaycan iqtisadiyyatı üzrə gözləntilərini 0,7 faiz bəndi artırıb, 2022-ci il üçün isə 0,6 faiz bəndi azaldıb.
Müəllif: Elmir Murad