17:10 - 30.03.2021
30 mart, Fineko/abc.az. "Azərbaycan Sənaye Korporasiyası" ASC birgə müəssisə yaratmağı planlaşdırır.
ABC.AZ-ın məlumatına görə, artıq bununla bağlı hüquqi xidmətlərin satın alınması üçün kotirovka sorğusu elan edilib.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 5-i, saat 14:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 (ASK VİLLA) ünvanına təqdim edə bilərlər.